İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei Əli Laricaninin öldürülməsinə görə İsrailə qisas vəd edib.
APA xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında yazıb.
Müctəba Xamenei bildirib ki, "tökülən hər bir qanın qarşılığı qanla ödənilir".
O, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi xəbərini "dərin kədərlə" öyrənib.
İranın Ali Rəhbəri vurğulayıb ki, hücumu həyata keçirənlər tezliklə cəzalarını çəkməlidirlər.