İsraildə son sutkada İranın hücumları nəticəsində 142 nəfər xəstəxanalara yerləşdirilib.
Bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 134 nəfərin vəziyyəti yaxşıdır.
Ümumilikdə, İranla müharibənin başlamasından- fevralın 28-dən indiyədək İsraildə 3369 nəfər raket və dron hücumlarında xəsarət alaraq xəstəxanalara yerləşdirilib.
Nazirliyin məlumatına görə, bura həm hərbi qulluqçular, həm də mülki şəxslər daxildir.