“Tramp administrasiyasının tətbiq etdiyi sanksiyalardan sonra hazırda İran adı ilə neft ixrac edə bilmirik”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.
O əlavə edib ki, hazırda vəziyyət müharibə dövründə olduğundan da ağırıdır: “Çünki müharibə dövründə neft ixracatında problemimiz yox idi, Səddam Hüseyn bizim neft qurğularımızı vururdu, biz neft satıb pulunu ala bilirdik, lakin indi proses daha da ağır olub”.