Bank Of Baku

İranın Təhlükəsizlik Şurasının baş katibi Moskvaya səfər edəcək

İranın Təhlükəsizlik Şurasının baş katibi Moskvaya səfər edəcək
# 17 iyun 2019 18:05 (UTC +04:00)

İranın Təhlükəsizlik Şurasının baş katibi və İranın dini liderinin nümayəndəsi Əli Şəmxani  sabah Moskvaya səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə,  Ə.Şəmxani  dünya ölkələrinin təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrinin X beynəlxalq iclasında iştirak edəcək.

Rusiyanın Ufa şəhərində keçiriləcək və iki gün davam edəcək iclasda İran rəsmisi çıxış edəcək. 

Səfər çərçivəsində  iclasda iştirak edən ölkələrlə siyasi, hərbi və təhlükəsizlik sahəsində müştərək əməkdaşlıqlarla bağlı müzakirələr aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR