Vaşinqtonun İsrailə tam dəstək verməsi ABŞ-a qarşı yeni cəbhələrin açılmasına səbəb ola bilər.
APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Bloomberg” agentliyinə müsahibəsində deyib.
"ABŞ başqalarına təmkinli olmağı tövsiyə edir, lakin özü İsrailə tam dəstək verir. Əgər ABŞ etdiyi əməlləri etməyə davam edərsə, ABŞ-a qarşı yeni cəbhələr açılacaq” – diplomat bildirib.