İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian avqustun 30-da Livana səfər edəcək. APA xəbər verir ki, bu barədə İranın Beyrutdakı səfiri Müctəba Əmani məlumat verib.
"Sabah, çərşənbə günü İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livana gələcək", - Amani X-də (keçmiş Twitter) yazıb.
Səudiyyə Ərəbistanının Əl Hadath telekanalı iranlı diplomatın Livanda iki gün qalacağını bildirib.