Paşha Bank
Bank Of Baku

İraq Hörmüz boğazından neft ixracını ABŞ qüvvələrinin mühafizəsi altında bərpa edir

İraq Hörmüz boğazından neft ixracını ABŞ qüvvələrinin mühafizəsi altında bərpa edir
# 14 noyabr 2026 02:23 (UTC +04:00)

İraq Hörmüz boğazı vasitəsilə dünya bazarına neft ixracını ABŞ hərbi qüvvələrinin mühafizəsi altında bərpa edir.

“Dijlah TV” telekanalının məlumatına görə, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bildirib.

“İraq Oman körfəzi və Hörmüz boğazı vasitəsilə neft ixracını ABŞ qüvvələrinin mühafizəsi altında bərpa edir”, – nazir deyib.

Fuad Hüseyn qeyd edib ki, Bağdadın diplomatik səyləri ilk növbədə böhranların qarşısının alınmasına və İraqın regional münaqişələrin nəticələrindən qorunmasına yönəlib.

Onun sözlərinə görə, hazırda region mümkün qarşıdurmaların yenidən başlaması və gərginliyin artması ilə bağlı narahatlıqlar fonunda “nə müharibə, nə də sülh” vəziyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR