Bank Of Baku

İraq İsraildəki hərbi bazaya PUA-larla hücum edib

İraq İsraildəki hərbi bazaya PUA-larla hücum edib
# 08 aprel 2024 04:14 (UTC +04:00)

İraq İsrailin cənubundakı Yohanten hərbi bazasına hücum edib.

APA xəbər verir ki, bu barədə iraqlı şiə silahlı qruplaşmaları “Telegram” kanalında bildiriblər.

“İşğala müqavimət göstərmək və xalqımızın Qəzzaya dəstəyi üçün yanaşmamızı davam etdirəcəyik. Fələstinli mülki şəxslərə, o cümlədən uşaqlar, qadınlar və qocalara qarşı törədilən qırğınlara cavab olaraq, İraq İslam Müqaviməti döyüşçüləri bazar günü pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib”, - dey qrupların bəyanatında deyilir.

Keçən həftə İraq qrupları Hayfadakı neft emalı zavoduna və İsrailin cənubundakı Eylat şəhərindəki hədəfə hücum etdiklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR