İraq Kürdüstanında qaz yatağı atəşə tutulub, ölənlər var

İraq Kürdüstanında qaz yatağı atəşə tutulub, ölənlər var
# 26 aprel 2024 22:22 (UTC +04:00)

İraq Kürdüstanında qaz yatağına pilotsuz uçuş aparatı ilə zərbələr endirilib.

APA xəbər verir ki, bu barədə "Shafaq News" informasiya portalı məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Ölən və yaralananların hamısı xarici işçilərdir.

Portalın məlumatına görə, zərbə Kürd muxtariyyətinin şərqindəki Süleymaniyyə əyalətində yerləşən Kürmür qaz yatağına endirilib.

Muxtar bölgə hökumətinin energetika nazirliyi hücumun elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR