Bank Of Baku

İraqda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

İraqda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb
# 03 sentyabr 2023 12:29 (UTC +04:00)

Şimali İraqın Kərkük şəhərində etiraz aksiyasının dağıdılması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

APA xəbə verir ki, bu barədə Rudaw telekanalı məlumat yayıb.

Telekanalın polis idarəsindəki mənbəyə istinadən verdiyi məlumata görə, daha 15 nəfər yaralanıb. Daha əvvəl kürd nümayişçilər arasında 3 nəfərin öldüyü, 16 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

Telekanalın məlumatına görə, eyniadlı əyalətdə şənbə günü axşam saatlarında tətbiq edilən komendant saatı ləğv edilib, əsas Ərbil-Kərkük yolunda nəqliyyatın hərəkəti bərpa olunur, şəhərə sakitlik qayıdır. Kərkük Polis İdarəsi bildirib ki, kürd nümayişçilərə atəş açan İraq təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR