İslamabadda yanğının söndürülməsinə azı 275 nəfər cəlb olunub

İslamabadda yanğının söndürülməsinə azı 275 nəfər cəlb olunub
# 28 may 2024 06:07 (UTC +04:00)

İslamabadda Marqalla Hills Milli Parkında baş vermiş böyük yanğının söndürülməsinə azı 275 yanğınsöndürən cəlb edilib.

APA xəbər verir ki, bu barədə “Doon” qəzeti məlumat yayıb.

Bazar ertəsi səhər saatlarında başlayan yanğın 12,5 hektardan çox meşə örtüyünü əhatə edib. Dörd yanğın hadisəsi qeydə alınıb. Hadisənin dəqiq səbəblərini müəyyən etmək mümkün olmasa da, yanğının yayılmasına güclü küləyin səbəb olduğu qeyd edilir.

Yanğın yerində ilkin olaraq 75 yanğınsöndürən çalışıb, lakin sonradan daha 200-dən çox mütəxəssis yanğını söndürmək üçün Marqalla təpələri ərazisinə gəlib. Yanğının söndürülməsinə 3 helikopter də cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR