İsrail aviasiyası Qəzza zolağında 250-dən çox hədəfə zərbələr endirib

İsrail aviasiyası Qəzza zolağında 250-dən çox hədəfə zərbələr endirib
# 10 oktyabr 2023 17:37 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələri gün ərzində Qəzza zolağında 250 hədəfə zərbələr endirib.


APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrailin onlarla döyüş təyyarəsi son sutka ərzində Qəzzada Əl Furkan məhəlləsində 250-dən çox hədəfə hücum edilib.


"Həmçinin, IDF Rəfah bölgəsinə hücum edib, hədəflər arasında avadanlıq və sursat qaçaqmalçılığı üçün nəzərdə tutulmuş yeraltı tunel də var.
İsrail ordusu HƏMAS terror təşkilatının İsrail dövlətinə qarşı terroru hədəfləyən infrastrukturlarına qarşı qətiyyətlə fəaliyyət göstərməyə davam edəcək", məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR