Bank Of Baku

İsrail Baş nazirinin ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib - YENİLƏNİB

İsrail Baş nazirinin ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib - YENİLƏNİB
# 15 yanvar 2025 17:43 (UTC +04:00)




İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib.

APA xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Məlumatların əksinə olaraq, HAMAS hələ də razılaşmaya öz cavabını verməyib”, - Baş nazirin ofisi qeyd edib

17:30

HAMAS Qəzzada atəşkəs və girovların qaytarılması bağlı razılaşmaya "yaşıl işıq" yandırıb.

APA xəbər verir ki bu barədə İsrail rəsmiləri “Jerusalem Post”a bildiriblər.

“HAMAS razılaşmanı davam etdirmək üçün "yaşıl işıq" yandırıb”, - məlumatda qeyd edilib.

Rəsmilər bunu əhəmiyyətli irəliləyiş və bu gecə və ya sabah yekun razılaşmaya nail olmaq cəhdi kimi dəyərləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR