Bank Of Baku

İsrail HAMAS-ın girovlarla bağlı videosunu qəddar psixoloji təbliğat adlandırıb

HAMAS-ın girov götürdüyü İsrail vətəndaşları

© APA | HAMAS-ın girov götürdüyü İsrail vətəndaşları

# 30 oktyabr 2023 18:55 (UTC +04:00)

İsrail Baş nazirinin ofisi HAMAS-ın üç israilli girovla bağlı yaydığı videoya münasibət bildirib.

APA xəbər verir ki, İsrail tərəfi bunu HAMAS-ın qəddar psixoloji təbliğatı adlandırıb.

"Ürəyimiz sizinlə və bütün digər girovların yanındadır. Biz qaçırılan və itkin düşənlərin hamısını evə gətirmək üçün əlimizdən gələni edirik", - Baş nazir Benyamin Netanyahu "X" hesabında paylaşımında bildirib.

Baş nazir paylaşımında videodakı şəxslərin adlarını da qeyd edib. Videoda olan şəxslərin adları Daniel Aloni, Rimon Kirşt və Yelena Trupanovadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR