Bank Of Baku

İsrail Livanda “Hizbullah”ın 3 üzvünü əsir götürdüyünü açıqlayıb

İsrail  Livanda “Hizbullah”ın 3 üzvünü əsir götürdüyünü açıqlayıb
# 14 aprel 2026 23:33 (UTC +04:00)

İsrail Livanın cənubunda keçirilən əməliyyat zamanı üç “Hizbullah” üzvünün əsir götürüldüyünü bildirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Hadisənin Bint-Cubeyl bölgəsində baş verdiyi qeyd olunur.

Məlumata görə, döyüşdən sonra üç nəfər silahı yerə qoyaraq İsrail hərbçilərinə təslim olub.

Onlardan birinin “Radvan” xüsusi təyinatlı qüvvələrinin üzvü olduğu qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR