Bank Of Baku

İsrail Mahmud Abbasa sanksiya tətbiq edə bilər

İsrail Mahmud Abbasa sanksiya tətbiq edə bilər
# 25 sentyabr 2025 10:51 (UTC +04:00)

İsrailin yüksək səviyyəli rəsmiləri Fələstin hakimiyyəti üzvlərinə sanksiya tətbiq etməyi düşünür.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Qərb ölkələrinin Fələstini dövlət kimi tanımağına cavab olaraq, belə bir addım atıla bilər.

Təklif olunan sanksiyalar Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və vitse-prezident Hüseyn əl-Şeyxə də şamil edilə bilər.

Sanksiyalara Fələstin rəsmilərinin İordan çayının qərb sahilində hərəkət azadlığının məhdudlaşdırılması da daxildir və onların ailələrinin xaricdən sifariş etdiyi bir sıra məhsulların gətirilməsinə qadağa qoyulması ehtimalı var.

Qeyd edək ki, Fransa, Lüksemburq, Malta, Monako, Andorra və Belçika kimi ölkələr BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstini tanıyıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR