Bank Of Baku

İsrail Misirin HƏMAS-ın hücumu ilə bağlı xəbərdarlığına dair məlumatı təkzib edib - YENİLƏNİB

İsrail Misirin HƏMAS-ın hücumu ilə bağlı xəbərdarlığına dair məlumatı təkzib edib - YENİLƏNİB
# 09 oktyabr 2023 19:40 (UTC +04:00)

İsrailin Baş naziri Misirdən HƏMAS-ın hücumu ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq almayıb.

APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.

"Baş nazir Benyamin Netanyahunun Misirdən əvvəlcədən mesaj aldığına dair xəbər tamamilə yalandır.

Misirdən heç bir mesaj gəlməyib və Baş nazir hökumət qurulandan bəri Misir kəşfiyyatının rəhbəri ilə nə birbaşa, nə də dolayısı ilə nə danışıb, nə də görüşüb. Bu, tamamilə yalan xəbərdir", - Netanyahunun Ofisinin yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, İsrailin "Ynet" nəşri bildirib ki, Misir kəşfiyyatının rəhbəri Abbas Kamel HƏMAS-ın hücumdan 10 gün əvvəl Baş nazir Benyamin Netanyahuya xəbərdarlıq edib.

Kamel İsrailə xəbərdarlıq edib ki, Qəzza ətrafında “qeyri-adi bir şey, dəhşətli əməliyyat” baş verəcək.

Bildirilir ki, Kamel qarşı tərəfin hesabatını eşidəndə Netanyahunun passivliyindən qəzəblənib.

Misir mənbələrinin “Ynet”ə bildirdiyinə görə, Netanyahu cavab verib ki, ölkənin Müdafiə Qüvvələri (İDF) İsrailə qarşı ölümcül terror hücumlarının həyata keçirildiyi İordan çayının qərb sahilində terrorla mübarizəyə yönəlib.

***

13:33

İsrail Misirin Qəzzada terror qruplaşmasının “böyük bir şey” planlaşdırdığına dair dəfələrlə etdiyi xəbərdarlıqlarına məhəl qoymayıb.

APA xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən Misirin kəşfiyyat rəsmisi "Associated Press"ə bildirib.

Misir rəsmisi deyib ki, tez-tez İsrail və HƏMAS arasında vasitəçi rolunu oynayan Misir israillilərlə dəfələrlə “böyük bir şey”in gözlənildiyi barədə məlumat verib.

Onun sözlərinə görə, İsrail rəsmiləri diqqətlərini İordan çayının qərb sahilinə yönəldib və Qəzzadan gələn təhlükəni doğru qiymətləndirməyiblər.

“Biz onları xəbərdar etmişdik ki, vəziyyətin partlaması yaxınlaşır, bu, çox yaxında bu baş verəcək və böyük olacaq. Lakin onlar bu cür xəbərdarlıqları lazımi səviyyədə qiymətləndirmirdilər", - anonimlik şərti ilə danışan rəsmi deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR