Bank Of Baku

İsrail nümayəndə heyəti Dohada Qəzza sövdələşməsinə nail olmaq yollarını müzakirə edir

İsrail nümayəndə heyəti Dohada Qəzza sövdələşməsinə nail olmaq yollarını müzakirə edir
# 22 dekabr 2024 18:00 (UTC +04:00)

İsrail nümayəndə heyəti Dohada Qətər vasitəçiləri ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və Fələstinin HAMAS hərəkatının orada saxladığı girovların azad edilməsinə dair sazişin bağlanması yollarını müzakirə edir.

APA xəbər verir ki, bu barədə mənbəyə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

"İsrail danışıqlar heyəti Qəzza ilə bağlı razılığa gəlməyin yolunu tapmaq üçün Dohadadır" - kanalın adının açıqlanmasını istəməyən həmsöhbəti bildirir. Onun sözlərinə görə, İsrail tərəfi “zəif şanslara” baxmayaraq, HAMAS-la müqavilə bağlamaq üçün “ümid görür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR