İsrail ordusu son bir neçə saat ərzində HAMAS-ın yüksək rütbəli hərbçilərini zərərsizləşdirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Öldürülən hərbçilərin arasında HAMAS-ın Mərkəzi briqadasının Dəniz Qüvvələrinin komandiri Cəmil Baba, Daraj Tuffa batalyonunun tank əleyhinə raket bölməsinin komandiri Məhəmməd Səfadi, HƏMAS-ın tank əleyhinə raket briqadasının məşhur döyüşçülərindən biri Muvaman Hicazi və başqaları olduğu bildirilib.