Raket hücumlarına cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Hizbullahın Livandakı mövqelərinə hücum edib.
APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin sözlərinə görə, zərbələr Hizbullahın hərbi infrastrukturunu, o cümlədən müşahidə məntəqələrini və təşkilatın hərbi komplekslərindən birini hədəf alıb.