İsrail ordusuna yeni Baş Qərargah rəisi təyin olunub.
APA xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun iştirak etdiyi mərasimdə general-mayor Herzi Halevi İsrailin yeni Baş Qərargah rəisi təyin edilib.
“Biz ordunu yaxın və uzaq cəbhələrdə döyüşə hazırlayacağıq”, - Halevi andiçmə mərasimində deyib.
Keçmiş hərbi kəşfiyyat rəisi olan Halevi bu posta təyin olunana qədər daha əvvəlki qərargah rəisi Aviv Kohavinin müavini vəzifəsində çalışıb.
O, 2014-cü ildə hərbi kəşfiyyatın rəhbəri, 2018-ci ildə isə Cənub Komandanlığının rəhbəri olub.
Mərasimdə müdafiə naziri Yoav Qallant da iştirak edib.