Bank Of Baku

İsrail Qəzzada atəşkəsi pozacağı təqdirdə husilər də hücumlarını bərpa edəcək

İsrail Qəzzada atəşkəsi pozacağı təqdirdə husilər də hücumlarını bərpa edəcək
# 16 yanvar 2025 22:27 (UTC +04:00)

Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları, İsrail Qəzzada atəşkəsi pozacağı təqdirdə İsrail ərazisinə və gəmilərə hücumları bərpa edəcək.

APA xəbər verir ki, bunu “Ənsar Allah”ın lideri Əbdülməlik əl-Husi tərəfdarlarına müraciətində deyib.

"Biz sazişin icrasının mərhələlərini izləyəcəyik. İsrail tərəfindən hər hansı pozuntu, qırğınların davam etdirilməsi və ya mühasirənin bərpası halında, Fələstin xalqına dərhal hərbi dəstək verməyə hazır olacağıq", - hərəkat lideri husilərə məxsus “Al Masirah” telekanalı tərəfindən yayımlanan bəyanatda deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR