Bank Of Baku

İsrail Qəzzadan azad edilən girovların ilk partiyasını qəbul etməyə hazırlaşır

İsrail Qəzzadan azad edilən girovların ilk partiyasını qəbul etməyə hazırlaşır
# 19 yanvar 2025 03:55 (UTC +04:00)

Qəzza zolağında atəşkəs və orada saxlanılan israilli girovların azad edilməsinə dair razılaşmanın bu gün yerli vaxtla saat 08:30-da qüvvəyə minməsi gözlənilir.

APA xəbər verir ki, İsrail hakimiyyəti HƏMAS-ın əlində bir ildən çox əsirlikdə qalan ilk girov qrupunu qəbul etməyə hazırlaşır.

Əldə olunan razılaşmalara görə, birinci qrup üç nəfərdən ibarət olmalıdır. Yanvarın 18-i axşam saatlarında ilk olaraq azad ediləcək girovların adları açıqlanmayıb.

Dünən İsrail ordusu azad edilənlərdən birincisini qarşılamaq üçün hazırlıq gördüyünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR