İsrail hakimiyyəti ölkənin “müharibə vəziyyətinə” keçirilməsi qərarını təsdiqləyib ki, bu da böyük hərbi əməliyyatların başlanmasını nəzərdə tutur.
APA xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“Hərbi-Siyasi Nazirlər Kabineti dünən axşam müharibə vəziyyətinə keçidi və müvafiq olaraq, böyük hərbi əməliyyatların başlanmasını təsdiqləyib”, - bəyanatda deyilir.
***
15:49
İsrailin hərbi-siyasi kabineti ölkənin “müharibə vəziyyətinə” keçdiyini rəsmən elan edib.
APA xəbər verir ki, bu barədə Netanyahunun ofisinin bəyanatında bildirilir.
“Kan” dövlət radiostansiyası da bu barədə məlumat yayıb.