İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda yerləşən Dəra vilayətində bu ölkənin ordusunun mövqelərinə hücum edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi Ərəb Respublikasının silahlı qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, zərbə yerli vaxtla saat 01:35-də Qolan təpələrindən endirilib. Hücum nəticəsində iki hərbi obyektə maddi ziyan dəyib.
Həlak olanlar və yaralananlar barədə məlumat verilmir.