Bank Of Baku

İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib

İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
# 02 aprel 2025 22:59 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya paytaxtının şimalındakı Masakin Berzi bölgəsində yerləşən hərbi obyektə raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə Suriyanın "SANA" dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hava hücumundan sonra Dəməşq və onun ətrafında güclü partlayış səsi eşidilib.

Hava hücumuna məruz qalan obyekt keçmiş Suriya ordusuna məxsus olub.

Bildirilib ki, İsrail Ordusu Həma və Homsdakı hərbi aerodromların ətrafındakı ərazilərə də hücum edib

Hücumların nəticələri barədə hələ ki, məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR