Bank Of Baku

İsraildə məhkəmə hökumətin Ronen Barı vəzifəsindən azad etməsinə qadağa qoyub - YENİLƏNİB

İsraildə məhkəmə hökumətin Ronen Barı vəzifəsindən azad etməsinə qadağa qoyub - YENİLƏNİB
# 21 mart 2025 17:43 (UTC +04:00)

İsrail Ali Məhkəməsi Nazirlər Kabinetinin Təhlükəsizlik Xidmətinin (Şin-bet) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarına müvəqqəti qadağa qoyub.

APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, Ronen Barın vəzifədən çıxarılmasına qarşı verilmiş vəsatətlərə məhkəmə baxana qədər qərar qüvvədə qalacaq.

Bəyanatda vəsatətlərə aprelin 8-dən gec olmayaraq baxılacağı bildirilib.

***

saat 10.21

İsrail Nazirlər Kabineti Baş nazir Binyamin Netanyahunun Təhlükəsizlik Xidmətinin (Şin-bet) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarını dəstəkləyib.

APA-nın xəbərinə görə, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.

Bu, ölkə tarixində hökumətin Şin-bet rəhbərini vəzifəsindən azad etməsi ilə bağlı ilk belə haldır. Ronen Barın səlahiyyət müddəti aprelin 10-da, bu vaxta qədər yerinə təyinat olarsa, daha tez başa çatacaq.

Binyamin Netanyahu etimadını itirdiyi üçün Ronen Barı vəzifəsindən azad edəcəyini martın 16-da açıqlamış və bu, birmənalı qarşılanmamış, etiraz aksiyalarına yol açmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR