Bank Of Baku

İsrailin BMT-dəki daimi nümayəndəsi: HƏMAS-la sülh danışıqları olmayacaq

İsrailin BMT-dəki daimi nümayəndəsi: HƏMAS-la sülh danışıqları olmayacaq
# 08 oktyabr 2023 23:16 (UTC +04:00)

İsrail HƏMAS-la sülhün əldə olunmasını müzakirə etmək niyyətində deyil.

APA xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan məlumat verib.

O bildirib ki, məqsəd bu hərəkatı məhv etməkdir.

"Onlarla danışıq dövrü bitdi. HƏMAS-ın terror infrastrukturunu məhv etməyin, onu yür üzündən tam silməyin vaxtı çatıb", - o deyib.

Qilad Erdan bildirib ki, ölkəsi müharibə vəziyyətindədir.

"Qəzzada vətəndaşlarımız girov saxlanılır, şəhərlərə raket hücumları davam edir. Biz bütün diqqətimizi vətəndaşlarımızın təhlükəsizliyinə yönəltmişik", - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR