İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin son 24 saat ərzində Livanın cənubundakı Nəbatiyə, Səidə və Tir şəhərlərinin ətrafına zərbələr endirməsi nəticəsində 24 nəfər ölüb, 116 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"2 martda hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 3637 nəfərə çatıb, 11188 nəfər yaralanıb", - məlumatda deyilir.