Son 24 saat ərzində İsrailin Livanın şəhər və qəsəbələrinə endirdiyi hava hücumlarında azı 27 nəfər həlak olub, 67 nəfər isə yaralanıb.
APA xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan mülki şəxslərin ümumi sayı 3783 nəfərə çatıb, 11699 nəfər yaralanıb", - məlumatda deyilir.