İsrailin Livana hava hücumları həyata keçirib.
APA Livan mediasına istinadən xəbər verir ki, hücumlar ölkənin şərq hissəsində yerləşən Baalbek bölgəsinə edilib.
Nəticədə 12 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Livanda Hizbullaha məxsus “Rizvan” qüvvələrinə qarşı hava əməliyyatlarına başladığını elan etmişdi.