İsrailin maliyyə naziri ABŞ-ı tənqid edib.
APA xəbər verir ki, bu barədə maliyyə naziri Bezalel Smotriç "Galei Tzhal" radiosuna müsahibəsində ABŞ-ın İsrail hökumətinə qarşı tənqidinə münasibət bildirərkən deyib.
"Heç bir ölkə İsrail qədər etik deyil və heç bir ordu İsrailin Müdafiə Qüvvələri (IDF) qədər etik deyil. Dünyada bizi tənqid edən hər kəs ikiüzlüdür.
Heç bir xalq onilliklər ərzində terrora qarşı ekzistensial müharibəni yəhudi millətindən daha təmiz və diqqətlə aparmayıb. Mən heç amerikalıların Əfqanıstan və İraqda necə hərəkət etdikləri barədə danışmıram. Onlar nə IDF-yə, nə də hökumət səviyyəsində insan haqları haqqında moizə edə bilərlər. Bu, böyük ikiüzlülükdür", - nazir deyib.