Bank Of Baku

İsrailin Qəzzada avtomobili vurması nəticəsində 11 nəfər həlak olub

İsrailin Qəzzada avtomobili vurması nəticəsində 11 nəfər həlak olub
# 18 oktyabr 2025 01:03 (UTC +04:00)

İsrail ordusunun Qəzza şəhərinin kənarındakı məntəqələrin birinə endirdiyi zərbə nəticəsində azı 11 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə HAMAS hərəkatına yaxın olan “Qüds” saytı məlumat yayıb.

Məlumata görə, həlak olanların hamısı eyni ailənin üzvləridir və onlar eyni avtomobildə hərəkət edən zaman zərbəyə məruz qalıblar.

Həlak olanlar arasında yeddi uşaq və üç qadın olub. Avtomobil şəhərin cənub-şərq rayonu istiqamətində hərəkətdə olarkən vurulub.

İsrail tərəfi hələ ki, məsələ ilə bağlı açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR