Bank Of Baku

İsrailin Qəzzaya hücumları nəticəsində 56 fələstinli həlak olub

İsrailin Qəzzaya hücumları nəticəsində 56 fələstinli həlak olub
# 18 iyul 2025 08:54 (UTC +04:00)

İyulun 17-də İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində azı 56 fələstinli həyatını itirib.

APA xəbər verir ki, bu barədə məlumatı Qətərin "Al Jazeera" telekanalı mənbələrə istinadla yayıb.

Məlumata görə, ölənlərin 40-dan çoxu anklavın şimalında qeydə alınıb. Onlardan 14-ü humanitar yardım nöqtəsində ərzaq almaq üçün növbə gözləyən mülki vətəndaşlar olub. Cənub bölgəsində isə qaçqın çadırlarının yerləşdiyi məktəbə edilən hücum nəticəsində 9 mülki şəxs həlak olub.

Müharibəyə başladığı gündən bəri ümumilikdə 58 667 fələstinli həyatını itirib, 139 974 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR