Bank Of Baku

İsrailin sabiq hərbi prokuroru ev dustaqlığına buraxılıb

İsrail ordusunun baş hüquq məsləhətçisi Yifat Tomer Yeruşalmi

© APA | İsrail ordusunun baş hüquq məsləhətçisi Yifat Tomer Yeruşalmi

# 07 noyabr 2025 12:18 (UTC +04:00)

İsraildə 5 gün əvvəl həbs olunan sabiq hərbi prokuror, general-mayor Yifat Tomer Yeruşalmi ev dustaqlığına buraxılıb.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Yeruşalminin ev dustaqlığı 10 gün çəkəcək.

O, 55 gün müddətində ittiham olunduğu məsələdə iştirakı olan heç kimlə görüşə bilməz.

Sözügedən şəxs saxtakarlıq, etimadın sui-istifadə olunması, vəzifə səlahiyyətlərindən sui-istifadə, ədalətə mane olmaq və videomaterialın qanunsuz olaraq mətbuata sızdırılmasında günahlandırılır.

Qeyd edək ki, 2024-cü ilin avqustunda İsrail hərbçilərinin fələstinli məhkuma qarşı fiziki zorakılığını əks etdirən videomaterial yayılıb. Yifat Tomer Yeruşalmi ötən həftə videonun yayılmasında rolu olduğunu etiraf edib və istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR