Bank Of Baku

İsrailin Təhlükəsizlik Kabineti Qəzzada girov və atəşkəs razılaşmasını təsdiqləyib

İsrailin Təhlükəsizlik Kabineti Qəzzada girov və atəşkəs razılaşmasını təsdiqləyib
# 17 yanvar 2025 17:06 (UTC +04:00)

İsrailin Təhlükəsizlik Kabineti Qəzzada girov və atəşkəs razılaşmasını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Baş Nazirlik Ofisi bildirib.

İsrail mediasının məlumatında qeyd edilib ki, 6 həftə davam edəcək birinci mərhələdə aralarında 50 yaşdan yuxarı kişilərin və qadınların, o cümlədən uşaqların da olduğu 33 yəhudi sərbəst buraxılacaq.

Razılaşma icra edilsə təqribən 990 – 1650 nəfər arasında şəxs evinə qayıda biləcək.

Qeyd edək ki, HAMAS bugünkü bəyanatında razılaşma ilə bağlı fikir ayrılıqlarının aradan qalxdığını elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR