Bank Of Baku

İstanbulda atışma baş verib, Azərbaycan vətəndaşı yaralanıb

İstanbulda atışma baş verib, Azərbaycan vətəndaşı yaralanıb
# 25 mart 2025 06:54 (UTC +04:00)

Türkiyədə atışma zamanı üç nəfər vətəndaşı yaralanıb.

APA xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə İstanbulun Şişli səmtindəki restoranlardan birində baş verib.

Məlumata görə, iki nəfər Böyükdərə küçəsində yerləşən otel restoranında oturan insanlara atəş açıb.

Silahlı hücum nəticəsində 3 nəfər yaralanıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan yaralılardan Erkan A. və Beyhan T.-nin vəziyyəti ağırdır, Azərbaycan vətəndaşı Hüseyn M. isə yüngül xəsarət alıb.

Canayətkarlar hadisə yerindən qaçıblar. Polis əməliyyata başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR