Bank Of Baku

İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb

İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
# 18 sentyabr 2026 23:08 (UTC +04:00)

İstanbulun Küçükçekmece rayonunda şəhərsalma layihəsi çərçivəsində sökülən binanın bir hissəsi çöküb.

APA xəbər verir ki, hadisə zamanı yoldan keçən 2 nəfər yaralanıb.

Məlumata görə şəhərsalma layihəsi çərçivəsində boşaldılan və sökülməsinə başlanılan binanın bir hissəsində çökmə meydana gəlib.

Hadisə ilə bağlı əraziyə polis, yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıb.

Yanğınsöndürənlərin dağıntıların olduğu ərazidə axtarış-xilasetmə işləri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR