Bank Of Baku

Katz: Hərbi əməliyyatlar HƏMAS ölkəmizə təhdid yaratmaq niyyətindən əl çəkənədək davam edəcək

İsrailin müdafiə naziri İsrael Katz

© APA | İsrailin müdafiə naziri İsrael Katz

# 24 mart 2025 14:32 (UTC +04:00)

“HƏMAS-a qarşı hərbi əməliyyat girovlar azad olunana və təşkilat ölkəmizə təhdid yaratmaq niyyətindən əl çəkənədək davam etdiriləcək”.

APA “The Jerusalem Post”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

O, həmçinin ordunun hərbi aktivliyinin Qəzza sektorunda yaşayan dinc əhaliyə qarşı yönəlmədiyini açıqlayıb:

“Təəssüf ki, HƏMAS dinc əhalinin arasında gizlənərək, onları atəşə tutur. Bu fakt çox ciddi itkilərlə nəticələnir. Bu səbəbdən biz növbəti dəfə sakinlərə müraciət edərək, onları hərbi əməliyyat bölgəsini tərk etməyə çağırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR