Kəşmirdə baş verən toqquşmalar nəticəsində azı 11 nəfər ölüb, 70-dən çox insan isə yaralanıb.
“Reuters”in yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, qarşıdurmalar qadağan olunmuş mülki cəmiyyət qruplarının ittifaqı tərəfindən çağırılan etirazlar ərəfəsində baş verib.
Bildirilir ki, naməlum şəxslərin atəş açması nəticəsində dörd polis əməkdaşı və bir nəfər ölüb.
Təhlükəsizlik qüvvələrinin cavab tədbirləri nəticəsində isə altı etirazçı ölüb.
Polis rəisi Liaqat Malik bildirib ki, toqquşmalarda 23 təhlükəsizlik əməkdaşı və 50 etirazçı yaralanıb, 30 nəfər isə saxlanılıb.