Bank Of Baku

KİV: Əl-Bağdadinin bacısı saxlanılıb

KİV: Əl-Bağdadinin bacısı saxlanılıb
# 05 noyabr 2019 04:25 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin bacısını saxlayıb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyə hakimiyyətinin yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.

“Rəsmiyə Avad Azaz kəndi yaxınlığında tutulub. Əl-Bağdadinin bacısından İŞİD-in daxili fəaliyyəti ilə bağlı dəyərli məlumatları öyrənməyə ümid edirik”, - deyə agentlik həmin mənbənin sözlərini sitat gətirib.

Hazırda İŞİD liderinin bacısı sorğulanır. “Reuters”in məlumatına görə, R.Avadla birgə əri və gəlini də saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR