Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfərini başa vuraraq Pxenyana qayıdıb.
APA xəbər verir ki, bu barədə KXDR-in dövlət radiosu “Koreya səsi” məlumat yayıb.
Xüsusi qatar sentyabrın 19-u axşam saatlarında Pxenyana çatıb. Stansiyada Kim Çen Inı Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Rəyasət Heyətinin üzvləri və hərbçilər qarşılayıblar.