Çinin cənub-qərbindəki Sıçuan əyalətində güclü yağışlar nəticəsində 4 nəfər ölüb, 48 nəfər itkin düşüb.
APA xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Agentliyin verdiyi məlumata əsasən, güclü leysan daşqınlara səbəb olub və nəticədə avtomobil yolunun tikinti sahəsinə ziyan dəyib. Daşqın zamanı tikinti obyektində 201 nəfər olub, onlardan 149-u xilas ola bilib.
Hazırda itkin düşənlərin axtarışı davam edir və polis araşdırma aparır.