Bank Of Baku

KİV: Honq Konqda leysan yağışlar nəticəsində 100-dən çox insan xəsarət alıb

KİV: Honq Konqda leysan yağışlar nəticəsində 100-dən çox insan xəsarət alıb
# 08 sentyabr 2023 12:29 (UTC +04:00)

Honq Konqda leysan yağışlar nəticəsində 100-dən çox insan xəsarət alıb.

APA xəbər verir ki, bu barədə yerli “South China Morning Post” nəşri yazıb.

Nəşrin sözlərinə görə, xəsarət alanlardan 4 nəfərin (iki kişi və iki qadın) vəziyyəti ağırdır.

Həmçinin qeyd olunub ki, ötən gecə Honq Konq Meteoroloji Rəsədxanası son 139 ildə (1884-cü ildən indiyə qədər) ən güclü leysan yağışı və yüksək fırtına xəbərdarlığı verib.

Bu səbəbdən bu gün Honq Konq Birjasında ticarət əməliyyatları dayandırılıb, şəhərin məktəbləri bağlanıb. Sakinlərə zərurət yaranmadığı təqdirdə evlərini tərk etməmək tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR