Bank Of Baku

KİV: İran ABŞ-la münaqişənin yenidən başlamasına hazırlaşır

KİV: İran ABŞ-la münaqişənin yenidən başlamasına hazırlaşır
# 17 avqust 2026 07:45 (UTC +04:00)

İran hesab edir ki, ABŞ və İsrailin atəşkəsə nail olmaq səyləri yalnız bazarlardakı təzyiqi azaltmaq və döyüşlərin yeni mərhələsinə hazırlaşmaq məqsədi daşıyır.

Bu barədə “The Wall Street Journal” adı açıqlanmayan rəsmilərə və kəşfiyyat məlumatlarına istinadən məlumat verib.

Nəşrin məlumatına görə, Tehranda hazırkı danışıqların yalnız münaqişədən əvvəlki fasilə ola biləcəyinə inanırlar.

Bağlanmış memorandumun isə ABŞ və İsrailə qlobal iqtisadiyyat üzərindəki təzyiqi azaltmaq və vaxt qazanmaq imkanı yaratmaq məqsədi daşıdığı ehtimal edilir.

Qəzetin iddiasına görə, Tehranın cavab verməyə hazır olması tərəflər arasında dərin inamsızlığın mövcudluğunu göstərir.

Bu isə yaxın zamanda münaqişənin davamlı şəkildə dayandırılması barədə razılaşmanın əldə olunmasını çətinləşdirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR