Bank Of Baku

KİV: İraqda iğtişaşlarla bağlı 40 nəfər saxlanılıb

KİV: İraqda iğtişaşlarla bağlı 40 nəfər saxlanılıb
# 03 sentyabr 2023 17:51 (UTC +04:00)

Ötən gün baş verən iğtişaşlarla bağlı Kərkük şəhərinin kürd məhəllələrində yaşayan azı 40 nəfər İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə Rudaw telekanalı məlumat yayıb.

Məlumata görə, İraq ordusu şəhərin kürd rayonlarına tam nəzarət edir, eskalasiyaya səbəb olan etiraz nümayişinin bitməsinə baxmayaraq, saxlama əməliyyatı davam edir. Şəhərin məhəllələrində İraqın antiterror xidmətinin qüvvələri yerləşdirilib. Kərkük polis idarəsi vurğulayıb ki, təhlükəsizlik qüvvələri şəhər ətrafında sərbəst hərəkətə mane olmur və təhlükəsizliyi təmin etməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR