Bank Of Baku

KİV: Səudiyyə Ərəbistanı İsraillə normallaşma prosesindən çıxa bilər

KİV: Səudiyyə Ərəbistanı İsraillə normallaşma prosesindən çıxa bilər
# 17 sentyabr 2023 18:20 (UTC +04:00)

Səudiyyə Ərəbistanı ABŞ rəsmilərini İsraillə nizamlanma danışıqlarını dayandırdığı barədə məlumatlandırıb.

APA xəbər verir ki, bu barədə Elaph internet portalı İsrailin baş naziri Binyamin Netanyahunun ofisindəki mənbəyə istinadən məlumat yayıb.

“Səudiyyə Ərəbistanı rəhbərliyi ABŞ administrasiyasını İsraillə münasibətlərin normallaşdırılması ilə bağlı istənilən danışıqların dayandırılması barədə məlumatlandırıb”, - portal yazır.

Mənbənin məlumatına görə, Amerika administrasiyası krallığın qərarı ilə bağlı İsrail rəsmilərini məlumatlandırıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının bu addımı ilk növbədə Netanyahu hökumətinin fələstinlilərə güzəştə getməkdən imtina etməsi ilə bağlıdır.

ABŞ dövlət katibi Antoni Blinken cümə günü deyib ki, İsrail və Səudiyyə Ərəbistanı arasında əldə oluna biləcək hər hansı razılaşma fələstinlilər də daxil olmaqla üçüncü tərəflərin maraqlarını nəzərə almalı olacaq və iki ölkə arasında nizamlanmanın təmin olunmasına heç bir zəmanət yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR