Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri husilərin nəzarətində olan Səna şəhərində əməliyyata başlayacaq.
APA xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin sözçüsü Turki əl-Maliki “X” hesabında yazıb.
O, buna görə Səna sakinlərinə xəbərdarlıq ünvanlanacağı və əhalinin təxliyəsinə çağırış ediləcəyini bildirib.
Qeyd edək ki, husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri arasında qarşılıqlı hücumlar davam edir.