Bank Of Baku

Kuleba: "Ukrayna taxılının daşınması üçün alternativ yollar nəzərdən keçirilir"

Kuleba: "Ukrayna taxılının daşınması üçün alternativ yollar nəzərdən keçirilir"
# 25 avqust 2023 21:41 (UTC +04:00)

Ukrayna taxılının daşınması üçün alternativ yollar nəzərdən keçirilir, lakin Qara dəniz marşrutu daha əlverişlidir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bunun üçün Rusiya tərəfindən Qara dənizin blokadasına son qoyulmalıdır.

Kulebə həmçinin bildirib ki, Ukrayna müharibədə Türkiyə diplomatiyasınının vasitəçiliyini təqdir edir.

Nazir qeyd edib ki, müharibənin Rusiya üçün də müsbət tərəfi yoxdur və Kiyev Moskva ilə daimi sülhün bərpası ilə bağll danışıqlar aparan Türkiyəyə təşəkkür edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR