Livan və İsrail nümayəndə heyətləri münaqişənin sülh yolu ilə nizamlanmasına dair səkkizinci danışıqlar turunu 15-16 sentyabr tarixlərində Romada keçirəcək.
Bu barədə “əl-Cəzira” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər Livan ordusunun nəzarətində olan cənub bölgələrində yeni pilot zonaların yaradılmasını müzakirə edəcəklər.
Qeyd edəkki, əvvəlki danışıqlar 4-6 avqust tarixlərində keçirilib və görüşlər Livanın cənubunda şiə “Hizbullah” təşkilatının silahlı təxribatından sonra yarımçıq qalıb.